Medianews.az
DİN-dən növbəti xəbərdarlıq: <span style=color:red>Onlayn alış-veriş edərkən...
118 baxış

DİN-dən növbəti xəbərdarlıq: Onlayn alış-veriş edərkən...

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib. Medianews.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur: "Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai vayfay şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın".

Bizə qoşulun