Medianews.az
Yeniyetmə oyun meydançada uşağı <span style=color:red> ÖLDÜRÜ
135 baxış

Yeniyetmə oyun meydançada uşağı ÖLDÜRÜ

Rusiyada 14 yaşlı yeniyetmə oyun meydançasında 10 yaşlı uşağı bıçaqlayaraq öldürüb. Medianews.az xəbər verir ki, faciə Moskva vilayətində baş verib. Yoldan keçənlər uşağın bıçaqla vurulduğunu görüblər və dərhal təcili yardım çağırıblar, lakin qurbanı xilas edə bilməyiblər. Qətli törətməkdə 14 yaşlı yeniyetmə şübhəli bilinir. Məlumata görə, o, öldürülən uşaqla mübahisə edib və bıçaqla ona hücum edib. Uşağın qətlə yetirilməsindən sonra yeniyetmə özünü yaralamağa cəhd edib. Ona vaxtında yardım göstərilib. Yaxın günlərdə onun barəsində ittiham irəli sürüləcək və barəsində həbs qətimkan tədbiri seçiləcək. Medianews.az

Bizə qoşulun