Medianews.az
Neftin <span style=color:red>üzü aşağı
280 baxış

Neftin üzü aşağı

Neft bazarında ucuzlaşma davam edir. Aprelin 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 64,11 dollara satılır. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” aprelə 78,29 dollarla start verib. Aprelin 3-dən ABŞ-ın 185 ticarət tərəfdaşına azı 10 faizlik idxal rüsumları tətbiq etməsi dünya iqtisadiyyatını sarsıdıb, bu fonda neftin qiyməti düşməyə başlayıb. London birjasında brent markalı neftin barreli 64,59 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 61,62 dollara təklif olunur. İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Bizə qoşulun