09.04.2025, 15:56
128 baxış
Nailə
Sabah bu rayonda bir neçə saat işıq olmayacaq
Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Medianews.az report-a istinadən xəbər verir ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında aprelin 10-da ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.
Bu səbəbdən, sabah saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.