09.04.2025, 17:55
157 baxış
Nailə
"Barselona" hücumçusu ilə yollarını ayıra bilər
İspaniyanın "Barselona" klubu hücumçusu Ansi Fati ilə yollarını ayıra bilər.
"Report" "TodoFichajes" portalına istinadən xəbər verir ki, cari mövsüm kataloniyalıların heyətində az-az meydana çıxan 22 yaşlı oyunçunun xidmətində La Liqa təmsilçisi "Jirona" maraqlıdır.
"Qırmızı-ağlar" forvardı uzunmüddətli icarəyə götürməyi planlaşdırırlar.
Qeyd edək ki, "transfermarkt" portalı Fatinin dəyərini 5 milyon avro qiymətləndirir.