08.04.2025, 11:48
168 baxış
Lamiyə
Keçmiş sevgilisinin cəsədini çamada qoyub DƏRƏYƏ ATDI
İtaliyada 23 yaşlı gənc keçmiş sevgilisi olan 22 yaşlı qızı öldürüb, daha sonra isə cəsədini çamadana qoyaraq dərəyə atıb.
Medianews.az xəbər verir ki, qızın cəsədi aprelin 2-də səhər tezdən meşədə tapılıb.
İlariya Sula sonuncu dəfə martın 25-də sağ görünüb. Həmin gün o, hara getdiyini qonşularına demədən mənzildən çıxıb və yoxa çıxıb.
Araşdırma zamanı məlum olub ki, qız yoxa çıxmazdan əvvəl Mark Entoni Samsonla əlaqə saxlayıb. Polis Samsonun qızın hesablarına daxil olduğunu və o, dünyasını dəyişdikdən sonra onun üçün sosial şəbəkədə paylaşımlar etdiyini öyrənib.
Ehtimal olunur ki, o, qıza bıçaqla hücum edib.
Hadisə Roma və Messinada etirazlara səbəb olub. Etirazçılar hakimiyyətin diqqətini qadınlara qarşı zorakılıqla bağlı məsələlərə cəlb edir. 2024-cü ildə İtaliyada 113 qadın qurban olub. Onlardan 99-u qohumları və ya sevgililəri tərəfindən öldürülüb.
Medianews.az