Medianews.az
Ronaldo yayda "Real"la müqavilə imzalayacaq -<span style=color:red> ŞOK İDDİA
199 baxış

Ronaldo yayda "Real"la müqavilə imzalayacaq - ŞOK İDDİA

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bu yay "Real"a keçə bilər. Medianews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Mənbənin qeyd etdiyi kimi, 40 yaşlı futbolçu 2025-ci ildə Səudiyyə Ərəbistanı klubunun vəsiqə qazana bilmədiyi klublararası dünya çempionatında oynamaq istəyir. Buna görə də Madrid klubu ilə qısamüddətli müqavilə imzalamaq variantını nəzərdən keçirir. FİFA iyunun 1-dən 10-a kimi xüsusi transfer pəncərələri açacaq və portuqaliyalı ulduz "Los Blankos"la bir turnirlik müqavilə imzalamaq imkanı əldə edəcək. Qeyd edək ki, Ronaldo "Əl Nəsr"ə 2022-ci ilin sonunda keçib. Onun səudiyyəlilərlə mövcud müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Forvard 2009-2018-ci illərdə "Real"da çıxış edib. Madrid komandası ilə birlikdə 2 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, həmçinin üç dəfə klublararası dünya kubokunun qalibi olub.

Bizə qoşulun