Medianews.az
“Lütfən, öləndə məni dəfn etməsinlər” - <span style=color:red>İllər öncə vəsiyyət edibmiş
165 baxış

“Lütfən, öləndə məni dəfn etməsinlər” - İllər öncə vəsiyyət edibmiş

Şimali Kipr Türk Respublikasında konsert verən türkiyəli sənətçi Volkan Konak səhnədə infarkt keçirdikdən sonra vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bunun ardınca müğənninin vəsiyyəti yenidən gündəmə gəlib. Konak vəsiyyətini 2020-ci ilə verdiyi müsahibələrin birində açıqlayıb və bildirib ki, dəfn olunmaq istəmir: “Bu mənim əzizlərimə vəsiyyətimdir, lütfən, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü isə qutuya qoyub vertolyotla Qara dənizə, xüsusilə Trabzonuma səpsinlər”. Onun bu açıqlamsı ölümündən sonraqısa zamanda sosial mediada trend mövzusuna çevrilib. Qeyd edək ki, sənətçinin ailəsi və yaxınları bu barədə hələlik heç bir açıqlama verməyib.

Bizə qoşulun