Medianews.az
İstanbulda atışma baş verib, <span style=color:red>Azərbaycan vətəndaşı yaralanıb
464 baxış

İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə atışma zamanı üç nəfər vətəndaşı yaralanıb. APA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib. Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb. Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb. Canayətkarlar hadisə yerindən qaçıblar. Polis əməliyyata başlayıb.

Bizə qoşulun