19.03.2025, 11:08
178 baxış
Nailə
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq
Azərbaycanda süni intellekt sahəsi üzrə 500 mühəndis yetişdiriləcək.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tədbirlər planında əksini tapıb.
Qeyd olunub ki, bu çərçivədə Süni İntellekt Akademiyası fəaliyyətə başlayacaq. Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi) əməkdaşlıq ediləcək.