18.03.2025, 08:22
220 baxış
Lamiyə
Kəlbəcərdə ağır qəza - 2 nəfər ÖLDÜ
Kəlbəcərdə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Qamışlı kəndində yük avtomobili dərəyə aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır vəziyyətdə Gəncədəki xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.