Medianews.az
"Yuventus"u çirkin və ruhsuz komanda<span style=color:red> ADLANDIRDI
171 baxış

"Yuventus"u çirkin və ruhsuz komanda ADLANDIRDI

“Telelombardia” kanalının rəhbəri Fabio Ravezzani X hesabında paylaşım edərək "Yuventus" un "Fiorentina"ya ağır məğlubiyyətini dəyərləndirib. Medianews.az xəbər verir ki, o, “Yuventus”u çirkin, ruhsuz komanda adlandırıb və komandanın baş məşqçisi Tiaqo Mottanın komandanın oyunçularını və ruhunu məhv etdiyini bildirib. Komandanın bir neçə ay ərzində səviyyəsini itirdiyini bildirən Ravezzani transferlərə cavabdeh olan Giuntoli ilə yollarını ayırmağı və yenidən strukturlaşmanı tövsiyə edib. Ravezzani Mottanı da tənqid edərək bu sözləri deyib: “Xaraktersiz bir komandada Motta xarakterli Qattini kənarda qoyur. Meydanda heç nə etməyən Koopmeiners, Nico və Kolo Muanini meydana çıxarır. 3-0 geridə olsalar belə, Vlahovic və Kenan Yıldızı oyuna buraxmırlar. Kimlərinsə onu indi bu qədər əzməsinə icazə verilə bilməz. Birisi onu tez bir zamanda dayandırsın”. Medianews.az

Bizə qoşulun