Medianews.az
Yatmaq üçün ən yaxşı vaxt <span style=color:red>hansıdır?
161 baxış

Yatmaq üçün ən yaxşı vaxt hansıdır?

Psixoloq Linell Şneeberq yaşdan asılı olaraq yatmaq üçün ən yaxşı vaxtı açıqlayıb. Medianews.az xəbər verir ki, o qeyd edib ki, yuxuya getmək üçün ən yaxşı vaxt həyat boyu dəyişir. Yaşından asılı olaraq, o, aşağıdakı qaydalara riayət etməyi tövsiyə edib: Yenidoğulmuşlar (0-3 ay): tövsiyə yoxdur Körpələr (4-11 aylıq): 18:00-19:00 Uşaqlar (1-2 yaş): 19:00-dan 19:30-a qədər Məktəbəqədər uşaqlar (3-5 yaş): 19:00-dan 20:00-dək Məktəb yaşlı uşaqlar (6-13 yaş): 20:00-dan 21:30-a qədər Yeniyetmələr (14-17 yaş): 21:00-dan 22:30-a qədər Gənclər (18-25 yaş): 20:00-dan 00:00-dək Böyüklər (26-64 yaş): 20:00-dan 00:00-a qədər Yaşlılar (65 yaşdan yuxarı): 20:00-dan 00:00-a qədər Eyni zamanda, psixoloq bütün insanlar fərqli olduğu üçün bu məlumatın məsləhət xarakteri daşıdığını vurğulayıb. “Mövcud yuxu cədvəlinizdən razısınızsa, ona əməl edin. Əgər həyat tərziniz fərqli vaxtda yatmağınızı tələb edirsə, “mükəmməl” zamanda yuxuya getməkdənsə, tam gecə istirahətinə üstünlük verin” deyə Şneeberq izah edib. Medianews.az  

Bizə qoşulun