Medianews.az
Valideynlərinin verdiyi cəza ölümünə SƏBƏB OLDU:<span style=color:red> 43 dərəcə istidə batutda TULLANDI
183 baxış

Valideynlərinin verdiyi cəza ölümünə SƏBƏB OLDU: 43 dərəcə istidə batutda TULLANDI

ABŞ-də evli cütlük övladlığa götürdüyü qızı cəzalandıraraq ölümünə səbəb olub. Medianews.az xəbər verir ki, onlar 8 yaşlı qızı 43 dərəcə isti havada batutda tullanmağa məcbur ediblər. Məlumata görə, cütlük tez-tez Ceylini səhər yeməyindən məhrum etməklə kiçik pozuntularına görə cəzalandırırdılar. Ancaq bir müddət sonra onlar yeni bir cəza vermək istəyiblər. 2020-ci ilin avqustun sonlarında, valideynlər qızlarını isti havada uzun müddət batut üzərində tullanmağa məcbur ediblər. Eyni zamanda qıza su içmək və yemək qadağan edilib. Nəticədə Ceylin dünyasını dəyişib. Hadisənin qətl olduğu müəyyən edilib. Müstəntiqlər müəyyən ediblər ki, həmin gün batutun səthində temperatur 110 dərəcə olub. Məhkəmə 49 yaşlı kişini 18 il, qadını isə üç maddə üzrə ömürlük həbs cəzası alıb. Medianews.az

Bizə qoşulun