11.03.2025, 08:58
186 baxış
Lamiyə
Peskov Rusiyanın əsas məlumat mənbəyinin adını AÇIQLADI
“Telegram Rusiyada əsas məlumat mənbəyinə çevrilib”.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi vətəndaşların xəbərləri haradan alması mövzusunu müzakirə edib. Nümunə olaraq o, çərşənbə axşamı, martın 11-nə keçən gecə Rusiyaya baş verən kütləvi dron hücumunu göstərib. Peskovun sözlərinə görə, ruslar bu barədə “Telegram”dan öyrəniblər.
“Biz televizoru yandırmaq üçün qaçmadıq – telefonlarımızı götürüb Telegram-ı işə saldıq. Telegram isə ölkəmizdə əsas məlumat mənbəyidir”, - deyə Peskov qeyd edib.
Medianews.az
Paylaş: