10.03.2025, 07:39
186 baxış
Lamiyə
Kirpi oğlana hücum edərək əlini DEŞDİ
Hindistandan olan 17 yaşlı yeniyetmə kirpi hücumuna məruz qalıb və xəstəxanaya aparılıb.
Medianews.az xəbər verir ki, Hadisə Kerala ştatında baş verib.
17 yaşlı Məhəmməd Şadil səhər tezdən Kannur şəhərinin kənarında skuterlə məktəbə gedərkən onun qarşısında bir kirpi yola tullanıb. Yeniyetmə toqquşmamaq üçün əyləci sıxaraq skuterdən düşüb.
Kirpi qəfil hərəkəti təhlükə kimi qəbul edərək Şadilə hücum edib. Oğlan əlləri ilə üzünü örtüb, bu səbəbdən iynələr ovuclarına girib. Bəzi iynələr sümüklərə qədər daxil olub.
Şadilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə həkimlər onun əlindən 12 iynə çıxarıblar.
Medianews.az