10.03.2025, 08:59
203 baxış
Lamiyə
Dəhşətli qəza: Maşın dəfələrcə fırlandı – ANBAAN VİDEO
Türkiyədə yüngül ticari avtomobil qəza edərək dəfələrcə fırlanıb.
Medianews.az xəbər verir ki, qəza Bursa şəhərində, martın 9-u, axşam saatlarında baş verib.
İbrahim Abanozun idarə etdiyi avtomobil qırmızı işiqda hərəkət edərək idarəetməni itirib. O, əvvəlcə piyada keçidindəki siqnal dirəyinə, daha sonra səkidəki ağaca dəyib.
Dəhşətli qəza saniyə-saniyə kameralara düşüb. Məlumta görə, sürücü, qırmızı işığı pozaraq hərəkətdə olan avtomobilə dəyməmək üçün ani manevr edib.
Xəsarət alan olmayıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az