Medianews.az
“Avropa Ukraynaya ordu göndərməsə...” - <span style=color:red>Politoloqun proqnozu
179 baxış

“Avropa Ukraynaya ordu göndərməsə...” - Politoloqun proqnozu

“ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiya ilə atəşkəsə getdikdən sonra mineral ehtiyatlarla bağlı müqavilə imzalayacağını vurğulayıb. Göründüyü kimi, Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir”. Politoloq Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırdıqdan sonra Rusiya Ukraynaya daha kütləvi raket zərbələri endirməyə başlayıb: “Bu zərbələrdə məqsəd Trampın razılığı ilə Kiyevi təslim olmağa məcbur etməkdir. Səbəb isə Ukraynaya "atəşkəsə get!" deyən Trampın Rusiyanın kütləvi raket zərbələrinə səssiz qalmasıdır”. Politoloqun fikrincə, ABŞ administrasiyası Ukraynanı Rusiyaya təhvil verməklə, Vaşinqtonun geopolitik mövqeyini sarsıdır: “Demək olar ki, Avropa ilə ABŞ arasında siyasi və təhlükəsizlik bağları sona çatdı. Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə Ukrayna məsələsində həlledici rol almasa, Rusiya Ukraynanı Trampın razılığı ilə işğal edəcək. Türkiyə Qara dənizdə öz təhlükəsizliyini təmin etmək üçün Ukraynaya sülhməramlı göndərməsi danışıqlar prosesinin əsas predmeti olacaq. Avropa ölkələri iki ay ərzində qətiyyətli mövqe ortaya qoymasa, Ukraynaya ordu göndərməsə, Kiyev süqut edəcək”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun