Medianews.az
Azərbaycanda təşkil olunacaq dünya çempionatının <span style=color:red>püşkatma mərasimi keçiriləcək - FOTO
130 baxış

Azərbaycanda təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək - FOTO

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Oxu.Az xəbər verir ki, mərasim martın 11-də baş tutacaq. Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi birinci səbətdə yer alıb: 1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan; 2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana; 3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya; 4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina. Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı hələ dəqiqləşməyib.

Bizə qoşulun