Medianews.az
İnanılmaz faydalıdır - <span style=color:red>Soğanı yemək üçün 8 SƏBƏB
153 baxış

İnanılmaz faydalıdır - Soğanı yemək üçün 8 SƏBƏB

Soğanın faydaları təkcə xalq arasında danışılmır, həm də elmi araşdırmalarla sübut olunub. Xüsusilə də bu məhsulun antioksidant təsiri olduğu, xərçəngdən qoruduğu, immunitet sistemini dəstəklədiyi məlumdur. Medianews.az xəbər verir ki, soğanın tərkibində fitonutrientlər - bitkilərin bakteriya, virus və göbələklərdən qorunmaq üçün istehsal etdiyi birləşmələr var.
  1. Bakteriyalarla mübarizə aparmağa kömək edir
Soğan zərərli bakteriyaları məhv edir. Tədqiqatlar göstərir ki, soğan bir çox bakteriya növlərinin böyüməsini ləngidə bilər.
  1. Xərçəng əleyhinə təsirə malikdir
Bəzi tədqiqatlar göstərir ki, soğan istehlakı bəzi xərçəng növlərinin, xüsusilə də mədə-bağırsaq xərçənginin inkişaf riskini azalda bilər.
  1. İltihabı azaldır
Soğanda antioksidant təsir göstərən flavonoidlər, qlutatyon, selenium birləşmələri, E və C vitaminləri var, orqanizmin zərərli sərbəst radikallarla mübarizə aparmasına kömək edir.
  1. Qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir
Soğan ekstraktı diabet əleyhinə preparatlarla birlikdə dozadan asılı olaraq qanda şəkərin səviyyəsini 35-50% azaldır.
  1. Sümük sağlamlığını qoruyur
Tədqiqatlar göstərib ki, soğanın ən güclü komponentlərindən biri olan GPCS peptid sümük parçalanmasının qarşısını alır, sümük itkisini azaldır və sınıq riskini azaldır.
  1. Həzmi yaxşılaşdırır
Soğan sağlam bağırsaq florasını təşviq edən əla prebiyotik mənbəyidir. Tərkibində bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdıran bir birləşmə olan inulin var.
  1. Tərkibində çoxlu faydalı maddələr var
½ stəkan çiy soğanın qida dəyəri: kalori - 30, yağ - 0 q, xolesterol - 0 mq, karbohidratlar - 7 q, lif - 1 q, şəkərlər - 5 q, zülallar - 1 q, natrium - 0 mq, kalium - 126 mq (gündəlik dəyəri 4% mq), vitamin B5 (gündəlik dəyər 5 mq), vitamin - 9. kalsium - 16 mq (2% gündəlik dəyər), folat - 15,2 mq (4% gündəlik dəyər).
  1. Arıqlamağa kömək edə bilər
Piylənmə tez-tez bədəndə iltihablı proseslərlə müşayiət olunur. Nəşr soğanın həm çiy, həm də bişmiş halda sağlam olduğunu qeyd edir. Medianews.az

Bizə qoşulun