03.03.2025, 14:57
76 baxış
Nailə
Cenk Tosun "Fənərbağça"dan ayrılır - Uzaq Şərqə gedir
Mövsümün əvvəlində transfer olunan İstanbul klubunun futbolçusu Cenk Tosun "sarı-lacivərdlilər"i tərk edəcək.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Yaponiyanın "Urava Red Diamonds" klubu ilə anlaşıb.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm "Fənərbağça" forması ilə 17 oyunda iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş: