Medianews.az
Həyat yoldaşına hədiyyə aldığı “Porsche" avtomobilini zibilliyə atdı <span style=color:red>FOTOLAR
202 baxış

Həyat yoldaşına hədiyyə aldığı “Porsche" avtomobilini zibilliyə atdı FOTOLAR

Rusiya vətəndaşı xanımına hədiyyə aldığı “Porsche" avtomobilini zibilliyə atıb. Medianews.az xəbər verir ki, maşını kişi həyat yoldaşına 14 fevral hədiyyəsi kimi alıb, lakin qadın bunu qiymətləndirməyib. "Sergey və arvadı Alla (adlar dəyişdirilib) hazırda münasibətlərində ağır dövr yaşayırlar. O, ailəni gözəl hədiyyə ilə xilas etmək istəyib. Sevgililər günü, yəni fevralın 14-ü Sergey 3 milyon rubla (58 min manatdan çox) avtomobil alıb. Maşın nöqsanlı olub, ona görə də kişi əvvəlcə qərara gəlib ki, onu təmir edərək martın 8-də təqdim etsin", - məlumatda deyilir. Lakin qadın bu hədiyyəni bəyənməyib və ondan imtina edib. Bu zaman Sergey avtomobili zibil konteynerinə yerləşdirib. Maşın artıq 12 gündür ki, zibil konteynerindədir və yerli sakinlər onunla şəkil çəkdirirlər. Rusiya Ekoloji Operatorunun (REO) Mətbuat Xidmətindən verilən məlumata görə, "Porsche" markalı avtomobili bərk məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerə atan Sergeyi 5 min rubla qədər (təxminən 100 manat) cərimə gözləyir. /Maraqli.tv

Bizə qoşulun