26.02.2025, 06:29
157 baxış
Lamiyə
Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU
İndoneziyanın Molukka dənizinin sularında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 02:56-da qeydə alınan zəlzələnin episentri Sulavesi adasının şərq kənarında yerləşən Manado şəhərindən 121 km cənubda yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Episentrdə intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
Paylaş: