26.02.2025, 13:43
79 baxış
Lamiyə
ABŞ-nin İtaliyadakı aviabazası BAĞLANDI
ABŞ-nin İtaliyada yerləşən aviabazası nəzarət-buraxılış məntəqəsində baş verən insident səbəbindən bağlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fevralın 26-da səhər saatlarında İtaliyanın Siciliya adasında yerləşən ABŞ-nin "NAS Sigonella" hərbi-dəniz aviabazasının nəzarət-buraxılış məntəqəsində qeyri-müəyyən insident baş verib.
"Mövcud vəziyyətlə əlaqədar "NAS Sigonella" (NAS 2) nəzarət-buraxılış məntəqəsində bloklama yerində sığınacaq rejimi qüvvədə qalır", - deyə bildirilib.
Qeyd olunur ki, insidentlə əlaqədar ABŞ və İtaliyanın birgə silahlı qüvvələrinin yurisdiksiyasında olan bazanın nəzarət-buraxılış məntəqələrinə daxil olan və çıxan nəqliyyat vasitələrinə xüsusi nəzarət həyata keçirilir.