Medianews.az
Pələnglər məbədə gedən mömini <span style=color:red> PARÇALADILAR
177 baxış

Pələnglər məbədə gedən mömini PARÇALADILAR

Hindistanda pələnglər Racastan əyalətinin Rantxambor Milli Parkındakı məbədə gedən 31 yaşlı mömini parçalayıblar. Medianews.az xəbər verir ki, kişi fevralın 20-i cümə axşamı günü Ranthambor şəhərindəki Kaçida-Mata məbədinə gedib və geri qayıtmayıb. Fevralın 22-də yoldan keçənlər təsadüfən məbədə gedən yolda meşədə səpələnmiş qalıqları aşkar ediblər. Geyimlərinə əsasən onların həmin kişiyə aid olduğunu müəyyən etmək mümkün olub. Səlahiyyətlilər ərazidə bəzi bədən hissələri tapdıqlarını və möminin pələnglər tərəfindən yeyildiyini ehtimal etdiklərini söyləyib. "Ölümün dəqiq səbəbi hələ təsdiqlənməyib, lakin cəsədin vəziyyəti pələng hücumundan xəbər verir", - rəsmi məlumatda deyilir. Medianews.az

Bizə qoşulun