Medianews.az
Avropanın “SSRİ-ləşməsi”... <span style=color:red>Almaniyada nə baş verir?
175 baxış

Avropanın “SSRİ-ləşməsi”... Almaniyada nə baş verir?

“Almaniyada baş tutan seçkilər bir daha sübut etdi ki, dünyada “sağ” və “sağ-mərkəz” önə çıxır, “sol-pvesdo-liberal” siyasi güclər zəifləyir. Çünki xalqlar, toplumlar içiboş, mənasız, insan faktorunu kənara çəkən, iqtisadiyyatın hər sahəsini batıran “over-regulation” (aşırı tənzimləmə) yanaşmalardan bezib”. Medianews.az xəbər verir ki, REAL Partiyanın sədri Natiq Cəfərli Almaniyada keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən belə deyib. O bildirib: “İnsanları zinhara gətirən, bardağı daşıran son damcı “pandemiya” adlanan sürəcin ciyayətkarcasına idarə edilməsi oldu. İqtisadi oyunçuları isə bezdirən tənzimləmələrin artması, Avropanın “SSRİ-ləşməsi” oldu. Avropada “yaşılların” fiaskosu məhz buna görə baş verdi, ciddi mövzuları “gretathunberg”-ləşdirilməsi insanları bezdirdi, iqtisadiyyatı zəiflətdi”. N.Cəfərlinin sözlərinə görə, Almaniya kimi bir ölkədə AFD-nin (Almaniya Üçün Alternativ Partiyası) 21%-ə yaxın səs toplaması ciddi siqnaldır: "Əəgər “mərkəz sağ” və konservatizmi təbliğ edən Merts və onun komandası işlək hökumət qurub problemləri həll, “sol”la ittifaq qurub nəticə əldə edə bilməsə, hökumət koalisiyası yenə dağıla bilər və belə olsa, növbəti seçkilərdə AFD 35-40% səs yığıb hökumət formalaşdırmaq hüququ qazanacaq. Şərqi Almaniya zatən AFD-nindir, Qərbi Almaniyada 2-3 böyük əyalətdə səsini artırsa, qarşısıalınmaz olacaq. Eyni mənzərəni biz gələn seçkilərdə Fransada da görəcəyik - Marion Le Penin partiyası və ona qoşulan “sağ” qüvvələr qalib gələcəklər. Qoca Avropa “sağ” siyasətə keçir, görək bu onların “sağalmasına” səbəb olacaqmı...” Toğrul Əli, Medianews.az

Bizə qoşulun