Medianews.az
Dünyanın ən yaşlı quşu <span style=color:red>ana oldu - FOTO
131 baxış

Dünyanın ən yaşlı quşu ana oldu - FOTO

Dünyanın ən yaşlı quşu yumurtadan cücə çıxarıb. Publika.az xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb. Havay adalarının Honolulu şəhərindəki "Midway Atoll" Milli Vəhşi Təbiət Sığınağında yaşayan Vizdom adlı dişi Laysan albatros dünyanın ən yaşlı çöl quşu kimi tanınır. Onun 74 yaşı var. Qocalmasına baxmayaraq, 2024-cü ilin dekabrında quş dörd ildən sonra ilk dəfə yeni partnyorla cütləşərək yumurta qoyub. Yanvarın 30-da yumurtadan cücə çıxıb. Qoruqdakı bioloqların sözlərinə görə, Vizdom həyatı boyu 50-60 yumurta qoyub, 30-a yaxın cücə yetişdirib. Bu hal dişi albatrosu dünyada tanınan ən qədim vəhşi quş anası edir. Albatros valideynləri növbə ilə balalarına qulluq edirlər. Biri ov edərkən, digəri balanın yanında - yuvada qalır.  

Bizə qoşulun