Medianews.az
“Bavariya” Çempionlar Liqasında “Bayer”lə, “Benfika” yenidən “Barselona” ilə <span style=color:red>oynaya bilər
173 baxış

“Bavariya” Çempionlar Liqasında “Bayer”lə, “Benfika” yenidən “Barselona” ilə oynaya bilər

Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşlərinin ilk oyun günü başa çatıb. Lent.az-ın xəbərinə görə, “Feyenoord”, “Bavariya”, “Brügge” və “Benfika” müvafiq olaraq “Milan”, “Seltik”, “Atalanta” və “Monako”nu məğlub edərək 1/8 finala yüksəlib. Komandaların növbəti rəqibləri fevralın 21-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. “Bavariya” “Atletiko” və ya “Bayer”lə, “Benfika” “Barselona” və ya “Liverpul”la, “Feyenoord” “İnter” və ya “Arsenal”la, “Brügge” “Lill” və ya “Aston Villa” ilə qarşılaşacaq. Fevralın 19-da Çempionlar Liqasının pley-off mərhələsinin qalan oyunları keçiriləcək və 1/8 finalın son dörd iştirakçısı müəyyənləşəcək: • “Borussiya” (Dortmund” – “Sportinq” (ilk oyun – 3:0); • PSJ – “Brest” (ilk oyun – 3:0); • PSV – “Yuventus” (ilk oyun – 1:2); • “Real” – “Mançester Siti” (ilk oyun - 3:2).

Bizə qoşulun