11.02.2025, 09:51
222 baxış
Nailə
“Qarabağ”dan sonra “Neftçi” də bunu BACARDI
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.
O, Azərbaycan Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.
Paylaş: