30.01.2025, 06:14
132 baxış
TURAN
"De, gəlsin" efirə qayıdır
ANS-in reytinqli verilişlərindən olan "De, gəlsin" efirə qayıdır.
Bu barədə aktyor Elcan Rəsulov "Instagram" hesabında məlumat yayıb.
Elcan aparıcı və prodüser Emin Əfəndi ilə şəklini paylaşaraq bunları yazıb:
"Tezliklə "De, gəlsin" olacaq. Əfsanəvi layihə yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək. Ona görə söz bilənlər hazır olsun".
Paylaş: