26.01.2025, 10:10
171 baxış
Nailə
Azərbaycan XİN bu ölkələri təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Avstraliyanı təbrik edib.
Medianews.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
“Avstraliya Milli Günü münasibətilə Avstraliya və onun xalqını səmimi qəlbdən təbrik edirik! Avstraliya Gününüz mübarək!”, – paylaşımda yazılıb.
XİN-in hesabındakı digər bir paylaşım isə Hindistanla bağlı olub.
“76-cı Respublika Günü münasibətilə Hindistanı və onun xalqını təbrik edirik! Milli bayramınız mübarək, Hindistan!”, – deyə paylaşımda qeyd edilib.