21.01.2025, 11:25
193 baxış
Lamiyə
Bakıda 3 nəfər dəm qazından ÖLDÜ
Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub.
Medianews.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayon sakinləri - 1977-ci il təvəllüdlü İlqar İsçayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.
Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.