17.01.2025, 10:17
144 baxış
Lamiyə
Tükürpətici HADİSƏ: Meyitxanadan kəsilmiş 3 ayağı OĞURLADI
Rumıniyada bir kişi xəstəxana meyitxanasından üç amputasiya edilmiş ayağı oğurlayaraq qaçıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə yanvarın 10-da baş verib.
3 ayaqdan ikisi tapılıb - biri tibbi tullantılar olan çənin yanında, digəri isə yaxınlıqdakı küçədə.
Qəribə oğru kamera görüntülərinə yaxalanıb. Kişi maska, qara pencək və idman şalvarında olub. O, meyitxana bölməsindən birində ayaqları olan iki çanta götürüb.O, çantalardan birini xəstəxananın girişinə atıb.
Cinayətkar bir neçə gündən sonra poolis tərəfindən saxlanılıb. Dindirmə zamanı o, plastik butulkaları təkrar emal etmək və bunun müqabilində pul almaq üçün oğurlamağa hazırlaşdığını bildirib.
Onun sözlərinə görə, çantaları götürən zaman içərisində nə olduğunu bilməyib.
Xəstəxana səhlənkarlıq göstərdiyinə görə 885 avro cərimələnib. Xəstəxana rəhbərliyi morqun niyə bağlanmadığını öyrənmək üçün öz araşdırmasını aparır.
Paylaş: