Medianews.az
Arvadından gizlənən kişinin<span style=color:red>  meyiti tapıldı
132 baxış

Arvadından gizlənən kişinin meyiti tapıldı

Rusiyanın Leninqrad vilayətində qarajlardan birində yaşlı kişinin meyiti tapılıb. Lent.az bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib. 68 yaşlı kişinin meyitini arvadı tapıb. Belə ki, qadın ondan gizlənən ərini axtarıb və sonda qaraja baxmağı düşünüb. Ərinin cansız cəsədini aşkar edən qadın dərhal təcili yardım çağırıb. O, hadisə yerinə gələn polisə kişinin uzun müddətdir sağalmaz ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Bizə qoşulun