16.01.2025, 06:39
92 baxış
Azad
Müğənni: "10 minim olsa, kasıblara verərəm" - VİDEO
Müğənni Bahar Lətifova Yeni il üçün 10 minlik şam ağacı alması xəbərinə cavab verib.
Medianews.az milli.az-a istinadla bildirir ki, sənətçi həmin məbləğdə pulu olsa ehtiyacı olanlara verəcəyini bildirib.
"Kimin ağlına nə gəlirsə, onu da deyir. Ürəklərindən keçib, yazıblar. Mənim tanıyırsınız, o qədər pulum olsa, ehtiyacı olanlara yardım edərəm. Hamıya arzu edirəm ki, 10 minləri o qədər çox olsun ki, imkansızlara yardım etsinlər, "yolka"ya verməsinlər".