Medianews.az
15 imperatorluğun, 38 dövlətin QURUCULARI: <span style=color:red>Müsəlman olmayan TÜRKLƏR - FOTO
253 baxış

15 imperatorluğun, 38 dövlətin QURUCULARI: Müsəlman olmayan TÜRKLƏR - FOTO

Türklər tarix boyu 15 imperatorluğun, 38 dövlətin qurucusu olublar. Amma öz güclərinə arxayınlıqdanmı, ya başqalarını da özləri kimi etibarlı bildiklərindənmi, bütövlükdə Türk xalqlarını bir yerə cəm eləyəsi bir kitab yazıb ortaya qoymayıblar. Kütlə üçün bu, əlbəttə, dini kitab olmalı idi. Halbuki qədim babalarımız bütün dünya miqyasında örnək olan, çox dahiyanə elmi və bədii əsərlər yaradıblar. Hansıki hamıdan əvvəl Göy Tanrıya inanırdılar. Bir sıra şimal-şərq bölgələrində isə 30 min ildən çox bir zamanda Şamanizm var idi. Bu məsələ barədə düşünəndə, məşhur deyim yada düşür: “Türklər döyüş meydanında qazandıqlarını, danışıq masasında uduzurlar”. Bu səbəbdəndir ki, böyük bölümü pərən-pərən düşüb, müxtəlif yerlərdə, fərqli dinlərə qulluq edirlər. Şimali və Cənubi Amerikanın aborigen əhalisi olan türklərin - Mu tayfalarının və sairin tarixi isə Orta əsrlərdə Avropanın həmin qitələrə işğalçı yürüşləri zamanı tamam it-bat olub. Beləliklə, müsəlman olmayan türklər: 1) Yakutlar (Şamanist, provoslav xristian. Saxa Resp. – Rusiya) 2) Tuvalar (Buddist, şamanist, prov.xristian. Tuva Resp – Rusiya) 3) Xakaslar (Şamanist, provaslav xristian. Xakasiya R. – Rusiya) 4) Altaylar (Şamanist, provaslav xristian. Altay R. – Rusiya) 5) Çuvaş (Provaslav xristian. Çuvaş R.- Rusiya) 6) Qaqauz (Provaslav xristian. Maldova, Ukrayna, Bolqariya və b.) 7) Karaim (Karaizm, iudaizm... Litva, Polşa, Ukrayna, Krım.) 9) Krımçak (İudaizm. Əvvəllər Krımda,indi İzrail, Ukrayna, ABŞ) 10) Kriyaşenlər (pravoslav tatarlar. Rusiya) 11) Dolqanlar (pravoslav. Altayda Rusiya) Bu siyahını uzatmaq olar. Amma acınacaqlı hal budur ki, tarix boyu türk boylarının bir çoxu aralıqda müxtəlif döyüşlər üçün istifadə edilərək, yaxud assimilyasiyaya məruz qalaraq (erməniləşmiş qıpçaklar kimi) tarixin səhnəsindən silinmişlər! P.S. Hazırda Tüklərin 6 müstəqil dövləti (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan), 10 Muxtar vilayəti (7-si Rusiyada, 1-i Çində, 1-i Maldovada) və səhv etmirəmsə, heç bir dövlət quruluşu olmayan, müxtəlif ərazilərə pərən-pərən düşmüş 36 türk qövmü var. Mahir BAYRAM Medianews.az

Bizə qoşulun