Medianews.az
HƏMAS-ın yeni liderinin<span style=color:red> adı AÇIQLANDI
135 baxış

HƏMAS-ın yeni liderinin adı AÇIQLANDI

Məhəmməd Sinvar Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının yeni lideri olub. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Sinvar HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"na rəhbərlik edir. Nəşrin məlumatına görə, o, 2024-cü ilin oktyabrında İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olmuş Yəhya Sinvarın kiçik qardaşıdır. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Məhəmməd Sinvar Fələstin hərəkatının dirçəlişini fəal şəkildə müdafiə edir, çünki İsrailin hərbi əməliyyatı onun döyüş qabiliyyətini zəiflədib.

Bizə qoşulun