Kaliforniyada yanğınla mübarizə aparan yanğınsöndürmə təyyarəsi dronla toqquşub.
Medianews.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bildirib.
Bildirilir ki, FAA Los-Anceles bölgəsində bir neçə müvəqqəti uçuş məhdudiyyəti qoyub.
FAA hadisəni araşdırdığını təsdiqləyib və vətəndaşlara yanğına müdaxilənin bir ilə qədər həbs və 75.000 dollara qədər cərimə ilə cəzalandırılacağını xatırladıb.