Medianews.az
Azərbaycanda ağır qəza - <span style=color:red>Ölən və xəsarət alan var
243 baxış

Azərbaycanda ağır qəza - Ölən və xəsarət alan var

Salyanda yol qəzası olub, bir nəfər ölüb, daha biri xəsarət alıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, "Yolüstü" istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Yol qəzası zamanı Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Kərimov Hüseynağa Kişi oğlu və Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Etibar Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanası çatdırılarkən H.Kərimov yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun