05.01.2025, 08:18
143 baxış
Azad
Dini dəyərləri təhqir edən sosial media fenomeni SAXLANILDI
Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan fenomen Murat Övüç saxlanılıb.
Medianews.az publika.az-a istinadla xəbər verir ki, Övüç bir müddət əvvəl təyyarədə hicab bağlayıb və "Nə etsəm yaraşır. Baxın", - deyərək həmin anları izləyiciləri ilə bölüşüb.
İstanbul Respublika Prokurorluğu həmin görüntülərlə bağlı istintaq başladıb. İstintaq çərçivəsində Murat Övüç dini dəyərləri təhqir etdiyi üçün saxlanılıb.