Medianews.az
Təbii qazın qiyməti 12,5 qəpikdən <span style=color:red>hesablanacaq
295 baxış

Təbii qazın qiyməti 12,5 qəpikdən hesablanacaq

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib. “Qafqazinfo” xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib. Əhali üzrə illik istehlak həcmi: 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində; 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik; 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib. 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir: 48% abonent üzrə - 32 qəpik, 39% abonent üzrə - 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik. Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Bizə qoşulun