Medianews.az
Evdə üç gün əvvəl ölmüş kişinin <span style=color:red>meyiti TAPILDI
138 baxış

Evdə üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI

Cəlilabad rayonunda evdə meyit aşkar olunub. Medianews.az "Report"a istinadən xəbər verir ki, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb. Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir. Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun