Medianews.az
“Şərəf” ordeni verilən <span style=color:red>Röya Tağıyeva kimdir? - DOSYE
220 baxış

“Şərəf” ordeni verilən Röya Tağıyeva kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva "Şərəf" ordeni ilə təltif edilib. Medianews.az "Şərəf" və "Şöhrət" ordenli Röya Tağıyevanın dosyesini təqdim edir. Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olub. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri və 2016-cı ildən "NUR Art House" qalereyasının direktorudur. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Rejissor, Əməkdar incəsənət xadimi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır. 14:17 Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyeva "Şərəf" ordeni ilə təltif edilib. Medianews.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.

Bizə qoşulun