31.12.2024, 14:04
90 baxış
Azad
Minik avtomobili maneəyə çırpıldı: Ölən və yaralanan var
Sabirabadda minik avtomobili maneəyə çırpılıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
VAZ-2107 markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəşad Rafayıl oğlu Rəhimov hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Sahib Sədulla oğlu Baxışlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.