29.12.2024, 05:01
158 baxış
Azad
Cənubi Koreyada dəhşətli təyyarə qəzası: 62 nəfər HƏLAK OLDU - VİDEO
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər həlak olub.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Jeju Air" şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.