29.12.2024, 08:24
125 baxış
Azad
300-dən artıq türk-xristian məbədi erməniləşdirilib - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Alban məbədinin memarlıq xüsusiyyətləri və erməni kilsəsindən əsas fərqi" adlı veriliş efirə gedib.
Medianews.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən söz açıb.
Onun sözlərinə görə, ermənilər alban memarlığına, türk-xristian irsinə tarix boyu göz dikib: "Qafqaz alban kilsələri monastır kompleksinin mövcudluğu ilə seçilir. Qafqazda bütün alban abidələri tanrıçılıq məbədlərinin üzərində tikilib. Mehrabın forma və quruluşu alban kilsəsini fərqləndirən əsas cəhətdir. Alban kilsəsi həvari kilsədir, ermənilər bu statusa saxtagarcasına iddia edirlər".
O deyib ki, Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib.
Tarixçi ermənilərin həvari kilsə adına əsassız iddialarını ifşa edərək, hayların Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən danışıb.
A.Məmmədli alban məbədlərinin tikildiyi material və üslub xüsusiyyətlərinə, bu məbədlərin memarlığına və erməni kilsəsindən əsas fərqinə aydınlıq gətirib.