Medianews.az
Zaxarova təyyarə qəzası ilə bağlı: <span style=color:red>"Diplomatlarımız artıq Aktauya göndəriliblər" - VİDEO
170 baxış

Zaxarova təyyarə qəzası ilə bağlı: "Diplomatlarımız artıq Aktauya göndəriliblər" - VİDEO

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra rusiyalı diplomatlar Qazaxıstana yola düşüb. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı məlumat verib. "Rusiya Federasiyasının Astana və Bakıdakı səfirlikləri, Uralskdakı (Qazaxıstan) Baş Konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli xidmətlərinin nümayəndələri ilə sıx əlaqə saxlayır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalan həmvətənlərə yardımın təşkili üçün artıq Aktauya göndəriliblər", - deyə Zaxarova bildirib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Bizə qoşulun