Medianews.az
Pakistandan Əfqanıstana hava hücumu: <span style=color:red>Çoxlu sayda ölən var
124 baxış

Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var

Pakistanın Əfqanıstana endirdiyi hava hücumları zamanı 46 nəfər həyatını itirib. Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyindən məlumat verilib. Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidin verdiyi açıqlamaya görə, Pakistan ötən gün Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal bölgəsində 4 istiqamətdə hava hücumu təşkil edib. "Ölənlərin ümumi sayı 46-dır. Onların əksəriyyəti uşaq və qadındır", - deyə o bildirib. Həmçinin Əfqanıstan Müdafiə Nazirliyi hücumu pisləyib və buna görə qisas alınacağını deyib. "Bu hərəkət açıq-aydın təcavüzdür və bütün beynəlxalq prinsiplərə ziddir. Pakistan tərəfi bilməlidir ki, bu cür özbaşına hərəkətlər problemlərin həlli deyil. Bu qorxaq hərəkəti cavabsız qoymayacağıq", - deyə nazirlikdən qeyd edilib.

Bizə qoşulun