25.12.2024, 07:40
172 baxış
Lamiyə
Dünyanın ən güclü pasportların REYTİNQİ
Dünyanin ən güclü pasportların siyahısı açıqlanıb.
Medianews.az “Sözcü”əyə istinadən xəbər verir ki, dünyada pasportların gücü ilə bağlı 2024-cü ildə aparılan araşdırmalar bir daha Birləşmiş Ərəb Əmirliklərini zirvəyə çıxarıb. Türkiyə 86-cı yerdədir.
Avropa ölkələri ilk 20-likdə 19 mövqedə üstünlük təşkil edib, BƏƏ pasportu isə ardıcıl dördüncü ildir ki, dünyanın ən güclü pasportu seçilib.
Arton Capital görə, ilk 20-likdə Avropa ölkələrinin böyük üstünlüyü olub. İlk 20-likdə 19 Avropa ölkəsi olduğu halda, İspaniya ikinci, Finlandiya üçüncü yerə yüksəlib. Fransa dördüncü yeri tutub və G20 ölkələri arasında ən güclü pasporta sahib olub. Almaniya ötən illə müqayisədə mövqeyini itirərək beşinci yerə düşüb.
Daily Mail-də yer alan xəbərə görə, Böyük Britaniya 2024-cü ildə 10 pillə geriləyərək 32-ci yerə yüksəlib. Britaniya vətəndaşları 125 ölkəyə vizasız, 49 ölkəyə isə gəldikdən sonra viza ilə səyahət edə bilərlər. 2017-ci ildə ilk 10-luqda olan İngiltərə son illər bu üstünlüyünü sürətlə itirib.
ABŞ pasportu da bu il 38-ci yeri tutaraq eniş tendensiyasını davam etdirir. Amerika vətəndaşları 123 ölkəyə vizasız, 50 ölkəyə isə viza ilə daxil ola bilərlər. Bir vaxtlar ən güclü pasportlardan biri olan ABŞ pasportu 2019-cu ildən bəri ilk 20-likdə yer almayıb.
Asiyanın ən güclü pasportu 21-ci yeri tutan Cənubi Koreya olub. Yaponiya 25-ci, Sinqapur isə 30-cu yerdə qərarlaşıb. Bu nəticələr göstərir ki, Asiya ölkələri qlobal mobillikdə güclü mövqelərini qoruyub saxlayırlar.
ƏN GÜÇLÜ PASPORTLARIN RƏTİNQİ
1. BƏƏ
2. İspaniya
3. Finlandiya
4. Fransa
5. Almaniya
6. Belçika
7. İtaliya
8.Danimarka
9. Hollandiya
10. Lüksemburq
11. Avstriya
12. Portuqaliya
13. Norveç
14. İsveçrə
15. Yunanıstan
16. İrlandiya
17. İsveç
18. Polşa
19. Macarıstan
20. Çexiya
21. Cənubi Koreya
22. Estoniya
23. Xorvatiya
24. Slovakiya
25. Yaponiya
Paylaş: