Medianews.az
Sumqayıtda yanğın olub: <span style=color:red>sakinlər təxliyə edilib
91 baxış

Sumqayıtda yanğın olub: sakinlər təxliyə edilib

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.   Bu barədə Medianews.az-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizə qoşulun